Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi
Ana səhifə Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi
Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi
Mərkəzi Neftçilər Xəstəxanasının nəzdində Xəstəxana Xidmətləri Tibbi Sıgorta Standartlaşdirma və marketing şöbəsi fəaliyyət gostərir. Şöbənin əsas iş prinsipi xəstəxanaya daxil olan xəstələrə ambulator və stasionar xidmət göstərməsidir.

Həkim koordinatorlar tibbi sığortası olan xəstələri ambulator qəbul edir, sığorta şirkətləri ilə müayinələri razılaşdırır və xəstələrin müayinələrdən keçməsini təmin edirlər. Müalicə edən həkimlər xəstəyə stasionar yatış təyin edirlərsə həkim koordinatorlar tibbi sığorta şirkətləri ilə razılaşdırır və xəstəni stasionara yonəldirlər.

Qeydiyyatçılar tərəfindən ödənişli xəstələrin şəxsiyyət vəsiqəsi əsasında ambulator və stasionar qeydiyyatı aparılır. İş keyfiyyətinin artırılması üçün sığorta şirkətləri ilə əlaqə saxlanılır. Pasiyentlərin xəstəxanaya fasiləsiz qəbulunu təmin etmək məqsədilə qəbul şöbəsində qeydiyyatçılarımızın növbə ilə işi təşkil olunmuşdur.

Əsas məqsədimiz xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirməkdir

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"