Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi
Ana səhifə Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi
Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi
Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi digər şöbələrlə bərabər əhalinin sağlamlığı keşiyindədir. Yüksək səviyyəli tibbi xidmət göstərməklə fərqlənən ixtisaslı mütəxəssislərimiz böyük təcrübəyə malikdirlər.

MNX-nın Əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunaraq, ayrı-ayrı 15 əməliyyat otağını özündə birləşdirir. Xəstəxanada demək olar ki, bütün növ cərrahi əməliyyatlar həyata keçirilir. Burada icra olunan bütün əməliyyatlar tibbin son standartlarına cavab verən anestezioloji xidmət ilə təmin olunur.

Cərrahi əməliyyatdan sonra reanimasiya tələb edən xəstəliklərlə daxil olan xəstələr nəzarət və müalicə üçün Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilir.

Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi ən müasir narkoz-tənəffüs aparatları, süni tənəffüs aparatı, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunub. Xəstəxanada aparılan çoxsaylı əməliyyatları nəzərə alaraq, Reanimasiya bölməsində müasir avadanlıqlarla təchiz edilmiş 7 reanimasiya zalı (20 çarpayı), həmçinin 2 izolyasiya otaqları fəaliyyət göstərir. Bütün yataqlar monitor, süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri ilə təchiz olunub. Reanimasiya şöbəsində həmçinin 2 dializ aparatı, ultrasəs müayinə aparatı, hərəkətli rentgen aparatı, bronxoskop və digər yardımçı cihaz və alətlər var.

Hər bir insan keyfiyyətli tibbi xidmətə layiqdir!

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"