Cərrahiyyə və orqan transplantasiyası şöbəsi
Ana səhifə Cərrahiyyə və orqan transplantasiyası şöbəsi
Cərrahiyyə və orqan transplantasiyası şöbəsi
Cərrahi xidmətin yüksək səviyyədə keçirilməsi məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsi yüksək ixtisaslı mütəxəssisləri və müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyyatxana ilə 7/24 ərzində Sizin xidmətinizdədir.

Cərrahiyyə şöbəsində professor, tibb üzrə fəlsəfə doktoru, həmçinin xaricdə təhsil alıb, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi tərəfindən ümumi cərrahiyyə, orqan köçürülməsi, uroloji, kardioloji, nefroloji, ginekoloji, plastik-estetik-rekonstruktiv, uşaq cərrahiyəsi, burun-qulaq-boğaz, neyrocərrahiyə, endokrin cərrahiyyəsi, travmatologiya və ortopediya, mikrocərrahiyyəyə aid əməliyyatlar uğurla həyata keçirilir.

Bu gün orqan və ya toxumaların transplantasiyası (orqan köçürülməsi) bir çox xroniki orqan xəstəliklərin etibarlı və əvəzsiz bir müalicə üsuludur.
Məhz bu məqsədlə 2008-ci ildə Azərbaycanda ilk dəfə olaraq MNX-da professional azərbaycanlı həkimlər tərəfindən Orqan Köçürülməsi mərkəzi yaradıldı.
Mərkəz fəaliyyətə başladığı ilk gündən etibarən artıq yüzlərlə insana qaraciyər və böyrək köçürülüb. Qaraciyər transplantasiyası üzrə nəticələr Avropa Qaraciyər Transplantasiyası Cəmiyyəti tərəfindən təyin olunmuş auditlərinin rəyinə əsasən Avropa Qaraciyər Transplantasiyası Reyestrinə (ELTR – European Liver Transplant Registry) həqiqi üzv kimi qəbul olunub.

Müalicə işləri ilə yanaşı, şöbənin əməkdaşları həm də aktiv şəkildə elmi tədqiqat işləri ilə məşğul olurlar, həkim rezidentlərin yetişməsində böyük rol oynayırlar. İl ərzində müntəzəm olaraq şöbə həkimlərinin iştirakı ilə elmi-praktik seminarlar keçirilir.

Hər bir insan keyfiyyətli tibbi xidmətə layiqdir!

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"