Ginekolojiya və doğum şöbəsi
Ana səhifə Ginekolojiya və doğum şöbəsi
Ginekolojiya və doğum şöbəsi
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Ginekologiya və Doğum şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri və müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyatxana, doğuş zalları ilə 7/24 Sizin xidmətinizdədir. Şöbənin əsas iş fəaliyyəti ginekoloji xəstəliklərin müalicəsi və profilaktikası, sonsuzluqla mübarizə, normal və patoloji hamiləliklərin izlənməsi, doğuşun təmin olunmasından ibarətdir.

Xəstəxanamızın 2001-ci ildən fəaliyyət göstərən Doğum şöbəsinin böyük təcrübəyə malik olan mütəxəssisləri tərəfindən bu günə kimi minlərlə uğurlu doğuş həyata keçirilib.

Xəstəxanamızın Ginekologiya və Doğum şöbəsində hamilələr təbii doğum və göstəriş olarsa keysəriyyə əməliyyatı ilə (qeysər kəsiyi) hamiləlikdən azad olurlar. Bütün doğuş müddəti ərzində ananın və körpənin həyati vacib funksiyaları ən müasir tibbi avadanlıqların tam nəzarətində olur. Ginekologiya və Doğum şöbəsi nəzdində Neonatologiya bölməsi fəaliyyət göstərir ki, doğuş və keysəriyyə əməliyyatından dərhal sonra körpə təcrübəli neonatoloqların nəzarətinə verilir. Şöbəmizdə yenidoğulmuşlar və yarımçıqdoğulmuşlar üçün bütün növ müasir tibbi avadanlıqlar mövcuddur.

Şöbəmizdə həmçinin bütün növ ginekoloji əməliyyatlar açıq va laparoskopik olmaqla həyata keçirilir.

Hər bir insan keyfiyyətli tibbi xidmətə layiqdir!

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"