Hemodializ şöbəsi
Hemodializ – kəskin və xroniki böyrək çatışmazlığı zamanı “süni böyrək” cihazının köməyi ilə orqanizmin toksinlərdən təmizləmə üsuludur. Bütün dünyada olduğu kimi, Azərbaycanda statistikaya görə hər il 1 mln. əhali sayına görə 200–300-dən artıq insan xroniki böyrək çatışmazlığın terminal mərhələsinə yetişir. Bu xəstəliyin ən effektiv və müasir müalicə üsulları böyrək əvəzedici terapiya: proqramlı hemodializ və (və yaxud) böyrək transplantasiyasıdır.Məhz bu məqsədlə Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Hemodializ şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş dializ avadanlıqları ilə sizin xidmətinizdədir.
Bizim həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə taktikası seçilir. Hazırda Hemodializ şöbəsində müvəffəqiyyətlə aşağıda qeyd edilən ekstrakorparal müalicə metodları və cərrahi əməliyyatlar həyata keçirilir:
• Arteriya-venoz anastomozun açılması
• Hemodializ
• Hemodiafiltrasiya
• Hemofiltrasiya
• Hemosorbsiya
• Qara ciyər dializi
• Magistral venaların kateterləşdirilməsi
• Plazmafarez
• Ultrafiltrasiya
Şöbədə dializ avadanlıqlarının istehsalı üzrə dünya lideri olan Almaniyanın “Fresenius Medikal Care AG” şirkətinin 13 ədəd stasionar “Fresenius” 4008S, 1 ədəd “Fresenius” 4008E, 1 ədəd “Fresenis” 4008H Prometeus, 1 ədəd portativ “Fresenius” ADM08, markalı kompüterləşdirilən “süni böyrək” aparatları, “Aquasafe 08” markalı Osmos yüksək sutəmizləyici qurğusu, “Granumiks 500” markalı dializ məhlulları hazırlamaq üçün mikser, tərəzi ilə təchiz edilən dializ yataqları və digər dializ avadanlıqları quraşdırılıb. Bizim həkimlərimiz müraciət edən xəstələrə yüksək peşəkarlıq, operativliklə tibbi xidmət göstərməklə yanaşı, eyni zamanda təhsil bazası kimi də fəaliyyət göstərirdilər.