Qan köçürmə şöbəsi
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yarandığı ilk günlərindən xəstəxananın nəzdində qan köçürmə kabineti fəaliyyət göstərməyə başladı, sonradan xəstəxananın genişlənməsi ilə əlaqədar Qan köçürmə şöbəsi təşkil olundu. Son illərdə xəstəxanada yeni şöbələrin yaranması və digər şöbələrin təkmilləşməsi ilə əlaqədar şöbənin iş fəaliyyəti daha da genişləndi.
Şöbənin əsas vəzifəsi xəstələrin qan və qan komponentləri ilə təmin etməkdir.
Ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün donor qanı əvəzsiz rol oynayan vasitədir. Konservləşdirilən donor qanının tədarükündə əsasən təmənnasız donorlar, xəstələrin qohumları aktiv iştirak edirlər.
Qan və qan preparatlarının köçürülməsinin təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Donorlarda müvafiq qaydaya əsasən qan götürülmədən əvvəl HB və A/T yoxlanılır. Donor qanının QİÇS, sifilis, malyariya və hepatitlərə müayinəsi xəstəxananın laboratoriyasında müasir standartlara cavab verən avadanlıqlarda aparılır.
Hazırda şöbədə “Hettich“ markalı sentrifuqa, kompüterləşdirilən müasir QATS tipli “Frezenius”, “Heamonefics” firmasının aparatı ilə donor qanını fraksiyalara ayıraraq trombositar və eritrositar kütlə, təzə dondurulan plazma əldə etmək olur. Həmçinin şöbə həmin firmanın tərəzi, qanı torbalarda qarışdıran və lehimləyən aparatları, qan və qan preparatlarını saxlamaq üçün yüksək keyfiyyətli soyuducu və dondurucu kimi avadanlıqlarla təchiz olunub.
Əminliklə demək olar ki, qan köçürmə şöbəsi bu gün xəstəxananın bütün şöbələrinin qan və qan preparatlarına olan ehtiyacını tam həcimdə ödəyir.
Eyni zamanda şöbədə xəstəxananın stasionar və poliklinika bölmələrində müalicə və müayinə olunan xəstələrin qan qrupu, rezus mənsubiyyəti təyin edilir və sənədləşdirilir, Kumbs və Cross-match reaksiyaları yoxlanılır.