Fizioterapiya və tibbi bərpa şöbəsi
Ana səhifə Fizioterapiya və tibbi bərpa şöbəsi
Fizioterapiya və tibbi bərpa şöbəsi
Fizioterapiya – təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini araşdıran və onların müalicə-profilaktik məqsədi ilə tətbiqi üsullarını hazırlayan tibbi bölmədir.

Fizioterapiya – bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitəsidir, həmçinin ümumi müalicə kursunda da əlavə üsul kimi istifadə olunur.

Təcrübəli həkimlər və fizioterapevtlər komandamız poliklinik və ağır baxım xəstələrinə xidmət göstərir. Xəstəxanamızda fiziki müalicə, məşq və ən son sistem cihazları ilə təchiz olunmuş otaqlar var.

MNX-nın Fizioterapiya və tibbi bərpa şöbəsinin məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Həkimlərimiz kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir. Peşəkar həkimlərin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır.

Fizioterapiya və tibbi bərpa şöbəsində aşağıda göstərilən müalicəvi üsullardan geniş istifadə edilir:

• Akapunktur lazer diaqnostikası
• Ozonoterapiya
• Balneoterapiya
• Biopunktura
• Elektrostimulyasiya
• Elektroterapiya
• Galokamera
• Hidromassaj
• Hidrotraksiya (sualtı dartılma)
• Hirudoterapiya (zəli ilə müalicə)
• İnhalyasiya
• Kombinə elektroterapiya
• Qısa dalğa
• Lazer
• Maqnitoterapiya
• Manual terapiya
• Mexaniki müalicə
• Naftalanla müalicə
• Parafinli müalicə
• Parafin-naftalanlı applikasiya
• Reabilitasiya
• Tibbi masaj
• Traksiya (mexaniki dartma)
• Ultrasəs

Fizioterapiyanın hər hansı bir müalicəvi üsulundan sonra aşağıda qeyd edilən müalicəvi təsirlər müşahidə edilir:

• Limfodrenaj
• Sedativ(sakitləşdirici)
• Qan dövranı normallaşır
• İltihab əleyhinə təsir
• Sinir-əzələ stimul edici
• Ağrıkəsici

Reabilitasiya orqanizmin itirilmiş funksiyalarının bərpa edilməsi və sosial yaşama geri qaytarılması deməkdir.

• Beyin Cərrahiyyəsi sonrası reabilitasiya
• İdmançı reabilitasiyası
• Kardioloji reabilitasiya
• Nevroloji reabilitasiya
• Ortopedik reabilitasiya
• Pediatrik reabilitasiya
• Pulmonoloji reabilitasiya

Hər bir insan keyfiyyətli tibbi xidmətə layiqdir!

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"