Radiologiya şöbəsi
Radiologiya şöbəsi damar, sümük, yumşaq toxuma, beyin və digər daxili orqanların vəziyyəti və funksiyası haqqında ətraflı məlumat almağa imkan verən tibbin mühüm sahəsidir.
Radiologiya müasir tibbdə xəstəliklərin və orqan sistemlərinin zədələnmə dərəcəsini 80-90% hallarda aşkarlamağa kömək edir.
Mərkəzi Neftçilər Xəstəxanasının Radiologiya şöbəsi beynəlxalq standartlara uyğun müasir texnologiyalarla təchiz edilib.
Radiologiya şöbəmizdə təqdim olunan əsas müayinələr:
Kompüter tomoqrafiyası (KT): Baş beyin, döş qəfəsi, qarın boşluğu və sümüklərin patologiyalarının aşkarlanmasında effektiv üsul. Minimal şüalanma ilə yüksək keyfiyyətli görüntülər əldə edilir.
Maqnit-rezonans tomoqrafiyası (MRT): Şüalanma olmadan toxuma və orqanların detallı görüntülənməsi, patoloji proseslərin aşkarlanması və müalicə nəticələrinin qiymətləndirilməsi.
Rentgenoloji müayinələr: Daxili orqan və dayaq-hərəkət aparatının patologiyalarının yüksək dəqiqliklə müəyyənləşdirilməsi.
Ultrasəs müayinəsi (USM): Bütün orqan və sistemlərin yüksək səviyyədə ultrasəs və doppleroqrafiya müayinəsi.
Hər bir insan keyfiyyətli tibbi xidmətə layiqdir!