Süd vəzi xərçəngi ilə mübarizə ayı
Oktyabr ayı "Süd vəzi xərçəngi ilə mübarizə" ayıdır. Mütəmadi olaraq qadınlarımızı maarifləndirmək məqsədilə bəzi məlumatları bölüşmək istəyirik.
Süd vəzi xərçəngi xronik, heterogen xəstəlik olaraq qəbul edilir. Qadınlarda ən çox rast gəlinən xərçəng növüdür (əsasən, 50 yaşdan yuxarı).
Həyatı boyunca hər 8 qadından birində süd vəzi xərçəngi aşkarlanır (3/4-ü postmenopauzal, ¼-i premenopauzal dövrdə olan qadınlar).
RİSK FAKTORLAR
1) Genetik faktorlar (BRCA 1 və BRCA 2 və digərləri - 5-10%)
2) Ailə anamnezi (15%)
3) Proliferativ süd vəzi xəstəlikləri (kompleks fibroademon, sklerozlaşan adenoz, papillomatoz, duktal hiperplaziya, lobulyar hiperplaziya)
4)- Erkən menstruasiya (< 12 yaş)
- Gec menopauza (>55 yaş)
- Gec hamiləlik (> 35 yaş)
- Südlə qidalandırmanın olmaması
5) Həyat tərzi- alkoqol
- artıq çəki
- fiziki aktivliyin aşağı olması
- uzunmüddətli stress vəziyyəti
CİNS FAKTORLARI:
Süd vəzi xərçəngi kişilərdə qadınlara nisbətən 100 dəfə daha az rast gəlinir.
Süd vəzi xərçəngi xəstəliyinin simptomları:
- Kütlə (əsasən, ağrısız)
- Gilədən (əsasən, qanlı) axıntı
- Süd vəzi dərisində dəyişikliklər ("limon qabığı")
- Gilənin içəri çəkilməsi
MÜAYİNƏ TRİADASI:
- Fizikal müayinə
- Radiolojik (USM, mammoqrafiya, MRT)
- Biopsiya
- Əllə hiss edilə bilən hər kütlə xərçəng deyil
- 40 yaşdan yuxarı asimptomatik hər bir qadın ildə 1 dəfə, 20-40 yaş arası isə 3 ildə 1 dəfə süd vəzi müayinəsi etdirməlidir.
UNUTMAYIN: Süd vəzi xərçəngi diaqnozu erkən qoyula bilən və müalicə oluna bilən xəstəlikdir .