Baş Ağrılarılarını ciddiyə alın
Bütün dünyada kişilərin 90 %-i, qadınların 95%-ildə bir neçə dəfə hər hansı bir səbəbdən baş ağrıları olur. Ümumiyyətlə götürdükdə baş ağrısının səbəbləri çoxdur. Beynəlxalq baş ağrısı dərnəyinin prinsiplərində 14 əsas səbəb və yüzlərlə alt səbəblər göstərilir. Baş ağrısı bəzən özü bir xəstəlik olsada çox vaxtı başqa bir xəstəliyin əlaməti olaraq ortaya çıxır. Müraciət edən xəstələrdə baş ağrılarının 90%-dən çox səbəbi gərginlik tipli ağrılar, stress və həyacana bağlı ağrılardır. Baş ağrılarında əsas diqqətə alınası vəziyyət ağrının xarakteri, ağrının yerləşməsi, ağrının artıran faktorlar, ağrının sıxlığı və müddəti önəmlidir. İstənilən halda baş ağrıları davamlı olursa, əlavə olaraq baş gicəllənmə, ürək bulanma kimi hallar müşahidə edilirsə, ağrı hər dəfə eyni nahiyyədə olursa, gözlərdə qaralma kimi hallar olursa bu zaman həkim nevroloqun kontrolu vacibdir.
Baş ağrılarında hansı diaqnostik müayinələr aparılır?
Əksər hallarda baş ağrılarının diaqnostikasında fiziki və nevroloji müayinə aparılır. Lakin bəzi hallarda daha dəqiq diaqnoz üçün EEG, MRT, KT eləcədə lumbal punksiya lazım ola bilər.