Holter müayinəsi nədir

Cihaz nə zaman istifadə edilir?
Holter monitorizasiyası başlıca olaraq aşağıdakı hallarda istifadə edilir.
- Ürək ritmini və ritmdəki anormallıqları müəyyən etmək
- Ürək əzələsinin yetərincə qan almadığı dönəmləri araşdırmaq
- Dəyişkən sinə ağrısını dəyərləndirmək
- Ürək cihazları taxılmış xəstələrdə dəyərləndirmə
- Bəzi dərmanların təsirini təqib etmək məqsədilə
Ürək çırpıntısı, nəfəs darlığı, bayılma, sinə ağrıları bir çox səbəblərdən yarana bilər. Holter vasitəsilə bunların ürəklə bağlı olub olmaması müəyyən edilir.
Holter Cihazı Necə taxılır?
Holter cihazı kəmərə bərkidilir və elektrodları bədənə yapışdırılır. Xəstə normada olduğu kimi aktiv həyatına davam edir. Deyilən müddətdən sonra xəstə gəlir və cihaz kompüterə qoşulur. Nəticədə sutkalıq EKQ araşdırılır və diaqnoz qoyulur.