Kardiologiya şöbəsi
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Kardiologiya şöbəsi ürək-damar sistemi xəstəliklərinin müayinə və müalicəsində geniş imkanlara malikdir.
Şöbə invaziv və qeyri-invaziv metodlarla pasiyentlərə xidmət göstərir və kardioloji xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsində müasir tibbi yanaşmaları tətbiq edir.
Kardiologiya şöbəsi ürək-damar xəstəliklərinin erkən aşkarlanması və effektiv müalicəsi üçün yüksək texnologiyalı tibbi avadanlıqlarla təchiz olunmuşdur. Elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (Exo), transezofagial exo, ritm holteri, təzyiq holteri kimi müasir cihazlardan istifadə edərək xəstələrin ürək fəaliyyətini dəqiq qiymətləndirmək mümkündür.
Şöbədə stress test kardiovaskulyar performansın qiymətləndirilməsi üçün istifadə olunur. Bu test ürək fəaliyyətini fiziki yüklənmə zamanı analiz edərək xəstəliyin mümkün əlamətlərini üzə çıxarmağa kömək edir.
Kardiologiya şöbəsinin invaziv xidmətləri arasında koronar angioqrafiya xüsusi yer tutur. Bu üsul ürək damarlarının vəziyyətini dəqiq şəkildə təyin etməyə və damarlarda darlıq və ya tıxanma olduğu halda, stent qoyulması və ya angioplastika kimi müdaxilələrin həyata keçirilməsinə imkan verir.
Şöbə müvəqqəti və daimi pacemakerlərin (ürək ritm tənzimləyicilərinin) taxılması üzrə də xidmət göstərir. Bu cihazlar ritm problemlərinin müalicəsində effektiv həll yolu olaraq tətbiq edilir.
Kardiologiya şöbəsində stasionar xidmətlər də mövcuddur. Ürək problemləri səbəbilə hospitalizasiya olunan xəstələr təcrübəli tibbi heyətin nəzarəti altında müalicə alır, vəziyyətləri stabilləşdirildikdən sonra kafi vəziyyətdə evə yazılır.
MNX Kardiologiya şöbəsinin əsas məqsədi xəstələrə yüksək keyfiyyətli və etibarlı tibbi xidmət göstərməklə onların həyat keyfiyyətini artırmaqdır. Xəstələrə fərdi yanaşma, müasir tibbi standartlara uyğun müalicə və qayğı, eləcə də təcrübəli həkim heyəti bu şöbənin əsas üstünlükləridir.
Kardiologiya şöbəsi, ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində qabaqcıl metodlar tətbiq etməklə pasiyentlərə etibarlı tibbi xidmət təqdim edir və onların sağlamlığının qorunmasında mühüm rol oynayır.
Hər bir insan keyfiyyətli tibbi xidmətə layiqdir!