Mərkəzi Neftçilər Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin həkimi Samirə Bayramova "P88: Cənub Şərqi və Şərqi Avropa ölkələrinin gücləndirilməsi" layihəsi çərçivəsində təlim kursu keçmişdir.
10-21 oktyabr 2022-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində yerləşən Fövqəladə Halların Əlaqələndirilməsi və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Fövqəladə Hallar Nazirliyinin koordinasiyası ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri üçün "P88: Cənub Şərqi və Şərqi Avropa ölkələrinin gücləndirilməsi" layihəsi çərçivəsində təlim kursu təşkil edilib.
Təlim kursunda TƏBİB-in və tabeliyindəki müəssisələrinin mütəxəssisləri iştirak edib.
Sonda iştirakçılara təlimçi sertifikatları verilib.