Xəbərlər
Ana səhifə Xəbərlər
5 noyabr 2021-ci il tarixində Mərkəzi Neftçilər Xəstəxanasında Zəfər gününə həsr olunmuş tədbir keçirilib
5 noyabr 2021-ci il tarixində Mərkəzi Neftçilər Xəstəxanasında Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) baş direktoru Musa Abbasov, baş direktorun müalicə işləri üzrə müavini Hüseyn Şahmalıyev, həmkarlar ittifaqinin sədri Faiq Əliyev, MNX baş direktorun müavini Fədai Əliyev iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə MNX-ın baş direktoru Musa Abbasov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni tarixini - Qələbə tarixini yaşadığımızı, dünya hərb səlnaməsinə öz möhürünü vuran möhtəşəm qələbəmiz haqqında danışaraq 8 noyabr Zəfər Günü münasibəti ilə kollektivi təbrik edib. Bildirib ki, 44 günlük Vətən müharibəsinin qələbəsində xalqımızın bütün nümayəndəlıri ilə bərabər Mərkəzi Neftçilər Xəstəxanasının personalı da “Dəmir yumruğun” bir zərrəcəyinə çevrilmişdir.

Döyüşlərin başladığı andan tibb heyətinin təcili şəkildə Gəncəyə ezam olunaraq Abbas Səhhət adına Xəstəxananı hospitala çevirib. Döyüşlərin getdiyi müddətdə personalımızın digər tibb müəssislərindən gələn ixtisaslı mütəxəssislərlə birgə yaralılara müxtəlif tibbi yardım göstərmişdilər. Qəbul etdikləri yaralılar üzərində 800-ə yaxın əməliyyat icra edildiyini bildirib.

5 noyabr 2021-ci il tarixində Mərkəzi Neftçilər Xəstəxanasında Zəfər gününə həsr olunmuş tədbir keçirilib
5 noyabr 2021-ci il tarixində Mərkəzi Neftçilər Xəstəxanasında Zəfər gününə həsr olunmuş tədbir keçirilib

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"