Xəbərlər
Ana səhifə Xəbərlər
TƏBİB COVID-19 Elmi Komitəsinin üzvləri ilə ölkəmizə gələn Çin hökumətinin tibbi ekspertləri arasında görüş keçirilmişdir.
Avqustun 7-də Mərkəzi Neftçilər Xəstəxanasında TƏBİB COVID-19 Elmi Komitəsinin üzvləri ilə ölkəmizə gələn Çin hökumətinin tibbi ekspertləri COVID-19 xəstəliyinə dair fikir və təcrübə mübadiləsi aparıblar.

İclası çıxış sözü ilə Tibbi Elmi komitənin sədri Akif Qurbanov açıq elan etdi. İclasda koronavirus (COVID-19) infeksiyasının profilaktikası, diaqnostikası, müalicəsi və epidemiloji vəziyyətlə bağlı müxtəlif məsələlər müzakirə edilib.

İclasda Elmi Komitə üzvləri - TƏBİB-in İnfeksiyaya nəzarət Departamentinin Rəhbəri Yaqut Qarayeva, Elmi Komitənin katibi Günel Məmmədova, Təbibin infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, infeksionist Nəzrin Mustafayeva, cərrah Emil İskəndərov, ETMGİ Aynur İsmayilova, mikrobioloq Qumral Ələkbərova və xəstəxanamızın rəhbərliyi, həkim və tibbi personalı iştirak etdilər.

Xatırladaq ki, Çinli ekspertlər avqustun 4-də Çinin Siçuan vilayətinini inzibati mərkəzi olan Çendu şəhərindən Azərbaycana yola salınıblar. Mütəxəssislər 15 gün müddətində azərbaycanlı həmkarları ilə birgə təcrübə mübadiləsi aparılacaqlar.

TƏBİB COVID-19 Elmi Komitəsinin üzvləri ilə ölkəmizə gələn Çin hökumətinin tibbi ekspertləri arasında görüş keçirilmişdir.
TƏBİB COVID-19 Elmi Komitəsinin üzvləri ilə ölkəmizə gələn Çin hökumətinin tibbi ekspertləri arasında görüş keçirilmişdir.
TƏBİB COVID-19 Elmi Komitəsinin üzvləri ilə ölkəmizə gələn Çin hökumətinin tibbi ekspertləri arasında görüş keçirilmişdir.
TƏBİB COVID-19 Elmi Komitəsinin üzvləri ilə ölkəmizə gələn Çin hökumətinin tibbi ekspertləri arasında görüş keçirilmişdir.
TƏBİB COVID-19 Elmi Komitəsinin üzvləri ilə ölkəmizə gələn Çin hökumətinin tibbi ekspertləri arasında görüş keçirilmişdir.

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"