Azərbaycanda ilk dəfə Transoral Endoskopik Tiroidokektomiya (Ağız içindən zob əməliyyatı) aparıldı
İnsanlıq tarixində öyrənilən qədim elmlərdən biri tibbdir. Bu elmin insan canları qurtaran bölümü cərrahiyyədir. Artıq XX əsrin birinci yarısından etibarən geniş profilli ixtisaslamış cərrahiyyə klinikaları yaranırdı. XXI əsrin əvvəlində isə cərrahi müdaxilə növü olan laparoskopiya yarandı. Baş verən hadisə əməliyyat masasında ölümlərin və əməliyyatdan sonrakı ağırlaşmaların sayını azaltdı. Hazırda bu əməliyyat növü “qızıl standart” olaraq qəbul edilir.
Zaman keçdikcə yeni üsullar həyatımıza daxil olmaqdadır. Xəstəxanamız hazırda müasir dövrün tələblərinə cavab verən cərrahi əməliyyatlar icra edir. Qalxanvari vəzin problemi medikamentoz yolla aradan qaldırılmazsa, cərrahi əməliyyat tətbiq edilir. Bu əməliyyat endoskopik üsulla yerinə yetirilir.
26 yanvar 2019-cu il tarixində Mərkəzi Neftçilər Xəstəxanasında unikal əməliyyat icra edildi. Azərbaycanda ilk dəfə keçirilən bu əməliyyat məşhur endokrin-cərrah Prof.Dr.Özer Makay, Uzm.Dr.Murat Özdemir və xəstəxanamızın Cərrahiyyə və Transplantologiya şöbəsinin müdiri Uzm.Dr.Elmir Əsgərov tərəfindən keçirildi.
Qalxanvari vəzin ağız içindən əməliyyatı (Transoral endoskopik tiroidokektomiya (TOETVA)) xəstənin boyunda çapıq izi qoymadan yerinə yetirildi. Tiroid düyünlərinə qarşı olan yeni üsul tibbdə irəliyə doğru böyük bir addım oldu.
Əməliyyatdan sonra konfransı çıxış sözü ilə açıq elan edən xəstəxananın baş direktoru Ülvi Mirzoyev icra olunan əməliyyatdan danışdı və onu Azərbaycan səhiyyəsinin uğuru adlandırıb.
Xəstəxanamızda sözü gedən cərrahi əməliyyat yeniliklərin bir qismidir. Qarşıda bizi daha böyük işlər gözləyir. Səhiyyəmizin qayğı və diqqəti nəticəsində xəstəxanamız inkişaf edəcək və növbəti yeniliklərə imza atacaq.