Əməliyyatxana şöbəsi
Ana səhifə Əməliyyatxana şöbəsi
Əməliyyatxana şöbəsi
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Əməliyyatxana şöbəsi ölkəmizdə və dünyada qəbul olunmuş tibbi standartlara və protokollara əsaslanaraq, ən müasir texnologiyalarla təchiz edilmişdir. Şöbə 15 ayrı-ayrı əməliyyat otağından ibarətdir və burada demək olar ki, bütün növ cərrahiyyə əməliyyatları uğurla həyata keçirilir.

Əməliyyatxana tibbin son nailiyyətlərinə əsaslanan müasir cihaz və avadanlıqlarla təchiz olunmuşdur ki, bu da ən mürəkkəb və yüksək dəqiqlik tələb edən cərrahi müdaxilələrin peşəkar şəkildə icrasına imkan yaradır. Köhnəlmiş və sıradan çıxan avadanlıq və alətlər daim yenilənir və işçi vəziyyətə gətirilməsinə nəzarət edilir. Otaqlarda cərrahların rahat və effektiv işləməsi üçün lazım olan bütün şərait təmin edilmişdir.

Şöbənin əməliyyat otaqları müxtəlif cərrahiyyə əməliyyatlarının spesifik tələblərinə uyğun olaraq təchiz edilmişdir. Burada ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, travmatologiya, ortopediya, plastik və rekonstruktiv cərrahiyyə, laparoskopik əməliyyatlar və digər ixtisaslaşmış cərrahi müdaxilələr həyata keçirilir. Hər bir əməliyyat otağı müasir sterilizasiya standartlarına uyğun şəkildə təşkil edilmişdir və infeksiya riskini minimuma endirmək üçün xüsusi texnologiyalardan istifadə olunur.

TƏBİB-in İPİN protokollarına və təlimatları əsasında fəaliyyət göstərir.
Əməliyyat sektoruna, həkim ümumi cərrah, t.ü.f.d N.Abbasov rəhbərlik edir və burada 85 tibb işçisi, kiçik tibbi personal və porterlər əməliyat bloklarının ahəngdar işinin həyata keçirilməsində fəaliyyət göstərirlər.

Hər bir insan keyfiyyətli tibbi xidmətə layiqdir!

Copyright © 2018 | Bütün hüquqlar TƏBİB-ə tabeli səhiyyə müəssisəsi Mərkəzi Neftçilər Xəstəxanasına aiddir | Site by "OKmedia"