Urologiya şöbəsi
Ana səhifə Urologiya şöbəsi
Urologiya şöbəsi
Uroloji xəstəliklər həm kişilərdə, həm də qadınlarda geniş yayıldığı üçün bu xəstəliklərə xüsusi diqqət yetirmək lazımdır. Məhz bu məqsədlə Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Urologiya şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyyatxana, anesteziologiya və palatalar 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.

Hazırda Urologiya şöbəsində uzman həkimlər tərəfindən müasir urologiyanın aşağıda göstərilən sahələri üzrə geniş şəkildə əməliyyatlar aparılır:

ENDOUROLOGİYA

Tibdə xüsusi bir istiqamət olan Endourologiya kəsiksiz sidik sistemin müayinə, diaqnostika və müalicəsini etməyə şərait yaradır. Digər cərrahi müalicə üsulları ilə müqayisədə Endouroloji üsulla aparılan əməliyyatlarla daha yüksək nəticə əldə etmək olur. Bu cür əməliyyatdan sonra xəstələr daha tez reabilitasiya olurlar və normal həyatına qayıdırlar.

• Endoskopik internal uretrotomiya (EİU) – sidik kanalı darlıqlarının endoskopik cərrahiyyəsi
• Perkutan Nefrolitotripsiya (PNL) – böyrək daşlarının endoskopik cərrahiyyəsi
• Prostatın transuretal rezeksiyası (TUR-P) – prostat adenomasının endoskopik cərrahiyyəsi
• Sistolitotripsiya – sidik kisəsi daşlarının endoskopik cərrahiyyəsi
• Sidik kisəsi törəmələrində transuretral rezeksiya (TUR)
• Ureterorenoskopiya (URS) və Ureterolitotripsiya – sidik axarı daşlarının endoskopik holmium lazer cərrahiyyəsi

LAPAROSKOPİK UROLOGİYA

Ən son nailiyyətlərdən biri olan Avropa və ABŞ-da klinikalarında geniş istifadə edilən Laparoskopik uroloji əməliyyatlar şöbənin prioritet istiqamətlərdən biridir. Xüsusilə qeyd etmək lazımdır ki, Laparoskopik nefrektomiya (qapalı yol ilə böyrəyin çıxarılması) əməliyyatı Azərbaycanda ilk dəfə məhz MNX-da həkimləri tərəfindən həyata keçirilib.

Əməliyyatdan sonra yaranın tez sağalması və bərpası, qanaxmanın minimuma endirilməsi, kobud çapıqların qalmaması bu üsulun üstünlüklərindəndir.

• Laparoskopik nefrektomiya – böyrəyin laparoskopik çıxarılması
• Laparoskopik piyeloplastika – böyrəyin ləyən sidik axarı seqmentinin darlıqlarında rekonstruktiv əməliyyat
• Laparoskopik ureterolitotomiya – böyük sidik axarı seqmentinin darlıqlarında laparoskopik olaraq daşın çıxarılması

ANDROLOJİ CƏRRAHİYYƏ

• Kişi sonsuzluğunun ən müasir metodlarla cərrahi və konservativ müalicəsi
• Mikroskopik varikoselektomiya
• Penisin kosmetik və estetik əməliyyatları – penisin uzadılması, eninə genişləndirilməsi, əyriliyin düzəldilməsi
• Penis protezlərin yerləşdirmə əməliyyatı – orqanik impotensiyanın tam cərrahi müalicəsi
• Peyroni xəstəliyində penisin toxuma autotransplantasiyası ilə rekonstruksiyası

Bizim həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir. MNX-nın Urologiya şöbəsinin başlıca üstünlüyü ondan ibarətdir ki, bizim yüksək ixtisaslı mütəxəssislərimiz böyük təcrübəyə malikdirlər.

QADIN UROLOGİYASI

• Gərilimsiz vajinal askı əməliyyatları ( TVT – tension free vajinal tape) stress tip sidik qaçırmada edilən əməliyyat
• Sidik kisəsinə botoks inyeksiyası – neyrogen sidik kisəsində
• Subureteral maddə inyeksiyası – veziko ureteral refluksda (VUR) endoskopik əməliyyat
• Süni sfinkterin tətbiqi əməliyyatı– postprostatektomik total sidik qaçırma zamanı edilən əməliyyat

ÜMUMİ UROLOGİYA ( açıq əməliyyatlar )

• Açıq nefrektomiya – acıq metodla böyrəyin çıxarılması
• Açıq prostatektomiya – böyük həcmli prostatlarda (>100 gr )
• Açıq ureterolitotomiya – böyük sidik axarı daşlarında acıq əməliyyat
• Anatrofik nefrolitotomiya – mərcanvari və kompleks böyrək daşlarında açıq əməliyyat
• Piyelolitotomiya – açıq böyrək daşı əməliyyatı
• Sidik tənasül orqanlarının törəmələrində açıq radikal əməliyyatlar
• Uretroplastika – sidik kanalı darlıqlarında plastik əməliyyat

UROONKOLOGİYA

• Parsial və radikal nefrektomiya – böyrək törəmələrində böyrəyin ətrafındakı toxumalarla bərabər radikal çıxarılması
• Radikal nefroureterektomiya – sidik axarı və böyrək ləyəni törəmələrində böyrəyin ətrafındakı toxuma və sidik axarı ilə bərabər çıxarılması
• Radikal prostatotektomiya – prostat xərçəngində prostatın və vezikula seminalislərin regional limfa düyünləri ilə bərabər radikal çıxarılması
• Radikal sistekomiya və sidik diversiyası – invaziv sidik kisəsi törəmələrində sidik kisəsinin çıxarılması
• Sidik kisəsi törəmələrində – transuretral rezeksiya (TUR)

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"