Terapiya şöbəsi
Ana səhifə Terapiya şöbəsi
Terapiya şöbəsi
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Terapiya şöbəsi də digər şöbələrlə bərabər yarım əsrdən artıqdır ki, əhalinin sağlamlığı keşiyindədir. Hər zaman yüksək səviyyəli tibbi xidmət göstərməklə fərqlənən bizim ixtisaslı mütəxəssislərimiz böyük təcrübəyə malikdirlər, bu isə bizim Xəstəxanamızın başlıca üstünlüyüdür.

Terapiya şöbəsinin ambulator və stasionar bölmələri (həmçinin intensiv blok – ağır, reanimasiya tədbirlərinə ehtiyacı olan xəstələr üçün nəzərdə tutulub) sizin xidmətinizdədir.

Terapiya şöbəsində bütün müayinə və müalicə sahələri üzrə individual proqrama əsasən xidmətlər göstərilir, o cümlədən pulmonoloji, endokrinoloji, qastroentoroloji, nevroloji, nefroloji, revmatoloji, allerqoloji, dermatoloji və digər sahələr üzrə tibbi xidmətlər göstərilir.

Bu gün insanlar daha çox xərçəng, şəkər, ürək və ağ ciyər xəstəliklərindən əziyyət çəkir. Lakin mütəmadi müayinələr, erkən diaqnostika və müalicə xəstəliyin gedişatına öz mühüm təsirini göstərir və xəstəliyin ağır fəsadlarla nəticələnməsinə imkan vermir, profilaktik tədbirlər isə sonradan hər hansı bir xəstəliyin yaranmasının qarşısını ala bilər.

Məhz bu məqsədlə MNX-nın Terapiya şöbəsinə müraciət edən hər bir xəstəni geniş müayinə edərək, ilk növbədə xəstəliyi yaradan səbəbləri araşdırılar, daha sonra bu xəstəliyi tam aradan qaldırmaq üçün individual müalicə üsulları seçilir.

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"