Təcili tibbi yardım xidməti
Ana səhifə Təcili tibbi yardım xidməti
Təcili tibbi yardım xidməti
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Təcili tibbi yardım xidməti digər şöbələrlə bərabər əhalinin sağlamlığı keşiyindədir. Yüksək ixtisaslı ixtisaslı tibbi heyət Azərbaycanın istənilən nöqtəsindən müraciət edən hər bir xəstəyə operativ şəkildə ilk tibbi yardım etməyə qadirdir, çağırış zamanı ehtiyac olduqda xəstəxananın aparıcı mütəxəssisləri ilə canlı telefon konsultasiyası yaranır.

Müsabiqə yolu ilə seçilən tibbi personal, daha sonra 2 aylıq xüsusi təlim kursu keçib, qeyd edək ki, həkimlərin əksəriyyəti xaricdə beynəlxalq təlimlərdə iştirak edib, həmçinin BLS, ATLS, ACLS, PHTLS treninqlərin sertifikatları ilə təltif olunublar. Bundan əlavə, Şöbənin tibbi heyəti xəstəxananın digər bölmələrində praktiki təcrübə keçiblər. Şöbədə həftənin 7 günü 24 saatlıq koordinasiya xidməti fəaliyyət göstərir və 903 nömrəsini yığdıqda Siz bizim tibbi təhsilli, bir neçə xarici dil bilən koordinatorla əlaqə saxlayırsınız. Təcili tibbi yardım xidməti şöbəsinə müraciət olunduqdan sonra, professional tibbi briqada (həkim, tibb bacısı, sürücü (paramedik)) qısa bir müddətdə xəstənin ünvanına çatır. Hər gün növbədə 7 tibbi briqada çalışır.

MNX-nın Bakı və ətrafında 3 Təcili Tibbi Yardım bölməsi fəaliyyət göstərir. Hər bölmə öz növbəsində ən son tibbi avadanlıqlarla təchiz olunub, həmçinin Ambulans ilə təmin ediliblər.

Qəbul şöbəsi kiçik bir xəstəxana-ambulatoriya bənzəyir, burda ən müasir qərb istehsalı olan avadanlıqlar ilə təchiz olunmuş reanimasiya, travmatoloji yardım, kiçik cərrahiyyə, xəstələrin müayinə və müşahidə otaqları, hətta izolyator var. Təcili yardım vasitəsi ilə xəstə daxil olduqda şöbədə bütün növ ilk və təxirəsalınmaz tibbi yardım göstərilir, xəstənin vəziyyəti tam stabilləşəndən sonra şöbənin müşahidə otağına və yaxud digər bölmələrə keçirilir.

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"