Şüa diaqnostika şöbəsi
Ana səhifə Şüa diaqnostika şöbəsi
Şüa diaqnostika şöbəsi
Şüa diaqnostika – özündə kompleks diaqnostik müayinələri birləşdirən tibbin bir sahəsidir. Bu müayinələr damar, sümük, yumşaq toxuma, beyin və s. daxili orqanların vəziyyəti, funksiyası haqqında ətraflı məlumat əldə etməyi imkan yaradır.

Bu gün şüa diaqnostika xəstəliklərin, orqan və ümumilikdə orqan sisteminin zədələmə dərəcəsinin 80-90% hallarda aşkarlanması üçün istifadə edilir. Məhz bu səbəbdən Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) bütün beynəlxalq standartlara cavab verən, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş Şüa diaqnostika şöbəsi xidmətinizdədir. Şüa diaqnostika bölümümüzdə görüntüləmə müayinələrindən əlavə invaziv radioloji müayinə və müalicə metodları tətbiq edilir.İnvaziv radiologiya sahəsində yüksək ixtisaslı uzman həkimlərimiz fəaliyyət göstərir.

Hazırda Şüa diaqnostika şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri aşağıda göstərilən sahələr üzrə peşəkar səviyyədə geniş müayinə edilər:

• Kompüter tomoqrafiyası müasir diaqnostika üsullardan biri olan və bir çox xəstəliklərin aşkara çıxarılmasında mühüm rol oynayır. Bu üsul vasitəsi ilə baş beyin, döş qəfəsi, bel-oma nahiyəsi, qarın boşluğu və çanaq orqanları, həmçinin sümüklərdə baş verən sınıqları, destruktiv dəyişiklikləri və digər sümük patologiyalarını müəyyən etmək olur. Üstünlüklər – minimal şüalanma, xəstənin tez bir zamanda müayinə olunması, keyfiyyətli və aydın görüntülərin əldə olunması.

• Maqnit-rezonans tomoqrafiyası – orqan və müxtəlif toxumalarda patoloji proseslərin lokallaşma və yayılma dərəcəsini müəyyənləşdirməyə, müxtəlif patofizioloji proseslərin dinamikasını izləməyə, işlərin stereotaksik biopsiyasını həyata keçirməyə, müalicənin nəticələrini qiymətləndirməyə imkan verir. Üstünlüklər – yüksək diaqnostik effektivliyi; şüalanma istifadə olunmur; hətta ölçüsü bir neçə millimetr olan obyektin təsvirini görmək olur; baş beyin və onurğa beyni, qaraciyər, mədəaltı vəzi, böyrəküstü vəzilər, kiçik çanaq orqanları və s. üzvlərin istənilən patologiyasını vaxtında aşkar etməyə imkan verir.

• Rentgenoloji müayinələrin köməyi ilə həkim daxili orqan və strukturların təsvirini əldə edərək, dəyişiklikləri aşkar edə bilir. Şöbədə olan müasir rentgen diaqnostik komplekslərin köməyi ilə xəstələr minimum şüalanır, səhvsiz diaqnostika aparılır, aydın görüntülər əldə etmək olur və rentqenoskopiya/rentqenografiyanın imkanlarının artmasına imkan verir. Rəqəmsal rentgeno-diaqnostik avadanlığın köməyi ilə döş qəfəsi, ürək-damar sistemi, mədə-bağırsaq traktı, sidik-cinsiyyət sistemi, ginekoloji xəstəliklər, mərkəzi sinir sistemin xəstəlikləri, onurğa sütununun, çanaq sümüklərinin və bütövlükdə dayaq-hərəkət aparatının degenerativ/destruktiv dəyişiklikləri vaxtında və səhvsiz həyata keçirilir.

• Ultrasəs diaqnostika (USM) – müasir diaqnostika üsulları sırasında ən dəqiqidir və diaqnozun müəyyən olunmasında 50% rol oynayır. Şöbədə Yaponiya, Almaniya və Hollandiya firmaları tərəfindən istehsal olunan çox funksiyalı avadanlıqlar insanın bütün orqanların və sistemlərin yüksək səviyyədə ultrasəs və doppleroqrafiya müayinələrin aparılması üçün imkan yaradılar.

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"