Oftalmoloji şöbə
Ana səhifə Oftalmoloji şöbə
Oftalmoloji şöbə
Oftalmologiya – göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan tibbin bir sahəsidir. Nəzərə alsaq ki, insan ətraf mühitdən gələn informasiyanın 90%-ni göz vasitəsi ilə alır və hazırda göz xəstəlikləri içərisində zəifgörmə daha geniş yayılıb, hətta dünya miqyasında artıq epidemiya xarakteri almaqdadır məhz bu sahə xüsusi diqqət tələb edir. Bu məqsədlə Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Oftalmologiya şöbəsi ən son texnoloji avadanlıqlarla təchiz edilib və yüksək ixtisaslı mütəxəssislər sizin xidmətinizdədir.

Bizim həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir. Hazırda Oftalmologiya şöbəsində həkimlər tərəfindən müasir oftalmologiyanın aşağıda göstərilən sahələri üzrə geniş şəkildə diaqnostika, müalicə və əməliyyatlar aparılır:

• Görmə itiliyinin və görmə qüsurlarının müayinəsi (kompüterlə diaqnostika, eynək və kontakt linzaların təyin edilməsi)
• Görmə sahəsinin kompüter perimetri ilə müayinəsi (perimetriya)
• Göz dibinin ətraflı müayinəsi (oftolmoskopiya, flüoressein angioqrafiya, OCT-optik koherent tomoqrafiya, gözün ultrasonoqrafiyası)
• Gözdaxili təzyiqin ölçülməsi
• Gözün şəffaf təbəqəsinin (buynuz qişasının) qalınlığının ölçülməsi (paximetriya)
• Gözün ön seqment strukturlarının biomikroskopik müayinəsi (göz qapaqları və kirpiklər, gözyaşı aparatı, konyunktiva, kornea, ön kamera, bəbək, iris, büllur)

Şöbədə uzman həkimlər tərəfindən müasir oftalmologiyanın aşağıda göstərilən sahələri üzrə geniş şəkildə əməliyyatlar aparılır:

• Anadangəlmə və qazanılma qlaukomaların müasir metodlarla müalicəsi və cərrahiyyəsi, son model drenajların cərrahiyyədə istifadəsi
• Görmə itiliyinin və görmə qüsurlarının müalicəsi – ən müasir metodla "eksimer" lazer korreksiyası ilə 45 saniyəyə eynək və linzalara son
• Göz yaşı kisəsinin iltihabı (dakriosistitin) müalicəsi. Eksternal və endonazal dakriosistorinostamiya
• Göz qapaqlarının estetik cərrahiyyəsi
• Kataraktanın ən müasir üsulla FAKO emulsifikasiya ilə cərrahiyyəsi və linzanın implantasiyası
• Keratokonusların rinqlərlə korreksiyası
• Ptoz, ektropion, entropion cərrahi əməliyyatları
• Torlu qişanın qopmasının cərrahiyyəsi. Vitrektamiya əməliyyatları
• Uşaq və böyüklərdə çəpgözlüyü aradan qaldırmaq üçün əməliyyatlar. Vertikal və horizontal əzələlərdə cərrahi əməliyyatlar keçirilir. Paralitik çəpgözlükləri botoks və cərrahiyyə üsulu ilə müalicəsi
• Yüksək dərəcəli miopiyaların Fakik linzalarla korreksiyası

Oftalmologiya şöbəsində YAG, Arqon, Diod lazer qurğuları ilə bir sıra göz xəstəliklərinin (ikincili katarakta, diabetik retinopatiya, ikincili qlaukoma və s.) yüksək səviyyədə müalicəsi aparılır.

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"