Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Orqanizminiz qışa hazırdımı?
Orqanizminiz qışa hazırdımı?
Qış fəslində immun sistem istər istəməz zəifləyirki bu zaman xəstəliklərə qarşı dözümsüzlük yaranır. Bunun üçün ilk növbədə xəstəliklərdən qorunmaq üçün immun sistemi gücləndirmək lazımdır. Təbii qidalanma, bol maye qəbulu, meyvə tərəvəzlərin bol istifadəsi çox önəmlidir.
Qidalanmamızda meyvə və tərəvəzlərin bol istifadəsi immun sistemi gücləndirir.
Qış aylarında orqanizmdə vitamin deposu yaratmaq üçün, immun sistemi gücləndirmək üçün sizə bir neçə tövsiyyə verə bilərik.
*Tərəvəzlərdən bol istifadə edin. Daha yaxşı olar ki tərəvəzləri vitamin itkisi olmasın deyə çiy və ya buxarda zəif bişmiş istifadə edəsiz. Xüsusilə qırmızı tərəvəzlə orqanizmə çox faydalıdır. Onlara qırmız rəng verən likopen dediyimiz maddə çox güclü antioksidant maddəsdir.
*3-ədədi 1 dilim çörəyə bərabərdir. Söhbət şabalıddan gedir. Bu aylarda şabalıd istifadəsi həm enerji baxımından həmdə minerallar sarıdan çox faydalıdır. Tərkibində kalium, magnesium, dəmir, kalsiumla zəngindir.
*Qış dövrünə xas olan meyvələrdən bol istifadə edin. Xüsusilə meyvələrdən heyva orqanizmin soyuğa qarşı dözümlülüyündə faydalıdır.
*Portağal suyu əvəzinə portağal istifadə edin. Ümumiyyətlə sitrus meyvələri qış fəslində ən yaxşı C-vitamini deposu sayılır.
*Qış meyvələrindən nar zəngin antioksidant və vitamin qaynağı sayılır. Qış aylarında tez tez nar qəbul edilməsi çox faydalıdır.

Copyright © 2018 | Bütün hüquqları «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası»na aiddir | Site by "OKmedia"